Azərbaycan ərazisində internetə girişlə bağlı yenidən problem yaranıb. Bundan başqa, əlaqə tez-tez kəsilir, rabitə qırılmaları baş verir. Bu hal ümumdünya şəbəkəsində bu gün saat təxminən 14:45-dən müşahidə olunur.
 
Məlumatlı mənbələrdən virtualaz.org-a məlum olub ki, internetlə bağlı problemlər əsas provayder "Delta Telekom"un (Azərbaycanın magistral rabitə operatoru) fəaliyyəti ilə bağlıdır.
 
"Delta Telecom" şirkətindən isə yerli KİV-ə bildiriblər ki, "İnternetdə baş vermiş qısamüddətli qüsurlar Avropanın bir sıra tranzit operatorlarında şəbəkələrin yüklənməsi ilə əlaqədar olub".
 
Nasazlıqların aradan qaldırmasının güman edilən müddəti barədə heç bir açıqlama verilmir.
 
 
RePost.Az

Baxış sayı: 3979 | Tarix: 29.09.2017
Bizi Telegramda izləyin: @repostaz