ATV-də “Xanımlar və cənablar” devizi ilə yayımlanan "Maşın" şounun final gecəsi başlayıb.
RePost.Az xəbər verir ki, əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu yarışmada maşının ətrafında 2 iştirakçı qalıb. Xatun Əliyeva və Talıb Taleh artıq ikinci gecədir ki, maşın uğrunda mübarizəni davam etdirirlər. Hər iki iştirakçı nisbətən yorğun olduqlarını desələr də, mübarizəni dayandırmaq niyyətində olmadıqlarını bildiriblər.
Gecə isə iştirakçılar sövdələşməyə cəhd ediblər. Bununla bağlı göstərilən sujetdə də Xatunla Talıb arasında “bazarlıq”la bağlı danışqlar aparıldığı bəlli olub. Sujet barədə açıqlama verən Xatun İlkin Misgərli ilə Talıbın arasında baş tutan razılşamanı açıqlayıb. Onun sözlərinə görə, Talıbla İlkin finala qalmağı planlaşdırıblar. Finalda İlkinin əlini götürəcəyi təqdirdə, Talıb ona müəyyən məbləğ təklif edib. Lakin qızlar İlkini SMS səsverməsinə çıxararaq Talıba qarşı oynatmaqla sövdələşməni pozublar.
Talıb İlkinlə sövdələşməni etiraf edib və sadəıcə olaraq ona təsəlliverici bir hədiyyə söz verdiyini deyib. Onun sözlərinə görə, Xatun, gecə İlkinə olan təklifin onun üçün keçərli olub olmadığını soruşub. Lakin Talıb təklifin onun üçün keçərli olmadığını deyib.
RePost.Az