Dünən “Maşın şou” qalibini elan etdi. Final mərhələsində əməkdar artist, tanınmış aktrisa Mehriban Xanlarova iştirak etmədi.
RePost.Az Yenicag-a istinadən xəbər verir ki, aktrisa səbəbini belə açıqlayıb:
“Ürəyim istəmədi, getmədim. Mən əvvəlki “Maşın şou”nun da final mərhələsinə qatılmamışdım. Şou zamanı çox streslər keçirtdim və sağlamlığıma ziyan vurdum. Fikirləşdim ki, birdən gedərəm, kimsə nəsə deyər. Yenidən əsəblərim tarıma çəkilər. Qaldı ki, qalibə, əvvəldən bilirdim ki, qalib Talıb olacaq. Çünki mənim intuisiyam çox güclüdür və bunu hiss edirdim”.
Mehriban Xanlarova ona verilən hədiyyələrdən də imtina edib: “Onları götürməyəcəm”.
RePost.Az