Tanınmış jurnalist Eldəniz Vəliyev ATV-dəki işindən ayrılıb.
 
RePost.Az-ın məlumatına görə, Eldəniz Vəliyev bu barədə öz Facebook səhifəsində məlumat paylaşıb.
 
"ATV ilə yollarımız ayrıldı. Üç il çalışdığım bu şirkət mənim üçün çox doğma olmuşdu. Amma pis olmadım. Çünki heç bir şeyin daimi olmadığını lap çoxdan anlamışam. Əsas olanı odur ki, vicdanla işlədim, ləyaqətimi hər şeydən və hər kəsdən uca tutdum. Sakit gedirəm, hər zamankı kimi... Yemək yediyim qaba tüpürənlərdən (üzr istəyirəm) deyiləm. Üzərimdə haqqı olanlardan halallıq, bilməyərəkdən incitdiklərimdən (əyər incitmişəmsə) bağışlanmağımı istəyirəm! Var olun!".
 
RePost.Az

Baxış sayı: 3694 | Tarix: 03.11.2017
Bizi Telegramda izləyin: @repostaz