Sabah Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Səhər və axşam yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  RePost.Az-a verilən məlumata görə, havanın temperaturu gecə 9-13° isti, gündüz  16-19° isti, Bakıda gecə  10-12° isti, gündüz  17-19° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi normadan yüksək 767  mm civə sütunu təşkil edəcək.
 
Azərbaycanın rayonlarında isə sabah gündüz əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz  17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz  9-14° isti olacağı gözlənilir.

Xəbərdarlıq

Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 8-i qərb rayonlarından başlayaraq 10-u axşamadək havanın qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu tədricən 4-6° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

 

 


Baxış sayı: 4226 | Tarix: 06.11.2017
Bizi Telegramda izləyin: @repostaz