Şou biznesdə bunu da etdilər. Məşhur aparıcı Vüsalə Əlizadə əyninə “zibil” paketindən paltar geyindi. 
 
RePost.Az BAKU.WS-ə istinadən xəbər verir ki, hər zaman öz qeyri-adi layihələri ilə tanınan, köhnə video kasetlərin lentindən, karandaşlardan, saman çöplərindən, düymələrdən, sancaqlardan, kağızdan və s. paltarlar hazırlayan modelyer Şəlalə Maqsudova bu dəfə tullantı paketlərindən eksklyuziv geyimlər yaratdı. 
 
Maqsudovanın tullantı paketlərindən hazırladığı biri birindən özəl və fərqli paltarları isə məşhur tele-aparıcı Vüsalə Əlizadə çəkinmədən əyninə geyinib kamera qarşısına çıxdı. “Zülmət mələyi” adlı fotolayihənin üzərində Şəlalə Maqsudova yenə öz sadiq dostları ilə çalışıb. 
 
Qeyd edək ki, obrazın qrimi hər zamanki kimi, stilist –vizajist Nura Babayevaya, fotoları isə fotoqraf Araz Bağırova aiddir. Maraqlıdır, görəsən zibil paketindən geyim hazırlamaq Şəlalə Maqsudovanın hardan ağlına gəlib? Yoxsa, o bu geyimi ilə yeni bir ultimatum göndərmək iddiasındadır? Suallarımıza modelyer belə cavab verdi: 
 
“Bilirsiz, mən hər layihəmi nədənsə ilhamlanıb yaradıram, heyatda baş verən hər şeyə münasibətimi hazırladığım geyimlərlə bildirirəm. Bu dəfəki şüarım isə hər eybəcərlikdə gözəlliyi görməyi bacarmağı, gözəllikdə eyib axtarmaq əvəzinə, gözəl görməyi bacarmağı təbliğ etmək istəyirəm. Son zamanlar insanların sosial şəbəkədə aqressiv olmaları, tanınmışlara təhqir və tənqid yazmaları məndə insanlara qarşı bu fikiri yaratdı. 
 
Məhz “zibil” paketlərindən geyim hazırlamağımda bunu demək isəyirəm ki, baxın, tullantı paketinə siz lazımsız əşyalarınızı, köhnə, çirkli nə varsa atırsiz içinə və onu Balaxanı zibilliyinə göndərirsiz, amma mən ondan gözəllik yarada bildim. Siz də hər çirkinlikdə bir gözəllik görün, gözəlliyi, yaxşılığı özünüz tapın. Onu da deyim ki, bu layihəmdən sonra daha bir yeni fotosessiya ideyam var. Onu da çox məşhur en cazibədar aparıcı ilə etmək fikrim var. O layihənin də sizi çox təəccübləndirəcəyinə inanıram”.
 
RePost.Az

Baxış sayı: 4055 | Tarix: 06.11.2017
Bizi Telegramda izləyin: @repostaz