Daşkəsən və Gədəbəy rayonlarına qar yağıb.
 
RePost.Az “Report”a istinadən xəbər verir ki, noyabrın 22-də günorta saatlarından yağan yağış daha sonra qara çevrilib.
 
Hazırda Daşkəsən rayonunda qarlı hava şəraiti davam edir və qarın qalınlığı 5 santimetrə yaxındır. Anoloji hava şəraiti Gədəbəy rayonunda da davam edir və orda da qalın qalınlığı 3-4 santimetri keçib. Hər iki rayonda qarlı hava şəraitinin davam etməsinə baxmayaraq, hələki avtomobil yollarında çətinliklərin yaranmadığı bildirilir.
 
RePost.Az

Baxış sayı: 4682 | Tarix: 22.11.2017
Bizi Telegramda izləyin: @repostaz