ABŞ-ın Çikaqo şəhərində fəaliyyət göstərən “Ok Go” adlı alternativ rok qrupunun “Obsession” adlı mahnısına çəkilən klip bütün dünyada maraqla qarşılanıb.
Qaynarinfo-nun məlumatına görə, klipin çəkilişində 567 ədəd printer və minlərlə kağız istifadə olunub. Çəkilişdə istifadə olunan kağızlar daha sonra təkrar emal üçün “Greenpease” birliyinə təhvil verilib.