Dekabrın 5-də UEFA Gənclər Liqasında qrup mərhələsinin sonuncu turunda “Qarabağ” komandası növbəti oyununu keçirib.
RePost.Az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu U-19 komandası “Tre Fontane” stadionunda “Roma”nın qonağı olub. Matçın 19-cu dəqiqəsində “Roma”nın heyətində Zakaria Sdaiqui hesabı açıb. Qarşılaşmanın 36-cı dəqiqəsində Vicente Besuijen ikinci topu “Qarabağ”ın qapısından keçirib. Fasiləyə meydan sahibləri 2:0 hesablı üstünlüklə yollanıblar.
Görüşün ikinci hissəsində “Qarabağ” qapısında üçüncü topu görüb.
Oyunun 81-ci dəqiqəsində Ludoviko Dorazio fərqlənib.
Beləliklə, matç “Roma”nın 3:0 hesablı üstünlüyü ilə başa çatıb.
RePost.Az