Bakının Saray, Pirşağı, Kürdəxanı, Novxanı və Goradil qəsəbələrinə içməli suyun verilişində məhdudiyyət olacaq.
Bu barədə
RePost.Az-a “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, Ceyranbatan-Maştağa magistral su kəmərinin Saray qəsəbəsindən keçən hissəsində yenidənqurma işlərinin aparılması ilə əlaqədar 13 dekabrda gün ərzində Saray, Pirşağı, Kürdəxanı, Novxanı və Goradil qəsəbələrinin bir hissəsinə və bəzi bağ massivlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
RePost.Az