Yeni ilə 10 gün qalsa da, artıq uşaqlar üçün nəzərdə tutulan yeni il hədiyyələri satışa çıxarılıb. Gigiyena və Epidemiologiya Mərkəzi hədiyyə alan valideynlərə bir sıra tövsiyyələri var. Hədiyyələr alarkən bəzi nüanslara diqqət edilməlidir.
 
RePost.Az Xəzər TV-yə istinadən bildirir ki, söhbət Yeni İl qabağı mağazalarda satışa çıxarılan və uşaqlar üçün nəzərdə tutulan hədiyyələrindən gedir. Bəzi valideynlər bu hədiyyələri alarkən istifadə müddətinə baxdıqlarını desələr də, bəziləri buna fikir vermir. Belə olan halda isə bəzən olur ki, sonradan hədiyyələrin içərisində olan şirniyyatlar və digər qidaların müddətinin keçdiyi müəyyən edilir.
 
Respublika Gigiyena və epidemiologiya mərkəzinin direktor əvəzi İmran Abdullayev isə valideynlərə həmin hədiyyələrin istifadə tarixinə baxmalarını tövsiyyə edir
Yeni ilə 10 gün qalmasına baxmayaraq artıq bəzi mağzaların vitrində bu hədiyyələri görmək mümkündür. Bəs bu hədiyyələrin içərisində nələr var və son istifadə tarixiləri nə vaxtdır?
 
Hədiyyələrin qiymətləri isə həcmindən asılı olaraq 1 manat 30 qəpikdən, 5 manata qədər dəyişir.
 
Odur ki, siz də hədiyyə seçərkən onun istifadə müddətinə baxın.
 
RePost.Az


Baxış sayı: 3618 | Tarix: 21.12.2017
Bizi Telegramda izləyin: @repostaz