Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksində inşa ediləcək ilk doqquzmərtəbəli binanın və məktəb binasının təməlqoyma mərasimi keçirilib.
 
RePost.az AZƏRTAC-a istinadən  xəbər verir ki, Azərbaycan Respublikanın Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
 
Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev dövlətimizin başçısına yaşayış kompleksində görüləcək işlər barədə məlumat verdi.
 
Prezident İlham Əliyev Yasamal Yaşayış Kompleksində inşa olunacaq ilk doqquzmərtəbəli binanın və məktəb binasının təməlini qoydu.
 
Sonra dövlətimizin başçısı mərasimdə çıxış etdi.
 
RePost.az
 

Baxış sayı: 3580 | Tarix: 24.12.2016
Bizi Telegramda izləyin: @repostaz