Facebook-un qurucusu Mark Zukerberq sosial şəbəkə ilə bağlı yeniliklər etdiklərini bildirib.
RePost.Az-ın BAKU.WS-ə isrtinadən verdiyi məlumata görə, Zukerberq bu barədə şəxsi profilində yazıb. O qeyd edib ki, yeni alqoritmə əsasən artıq Facebook istifadəçiləri daha çox lentlərində dostlarının və ailə üzvlərinin paylaşımlarını görə biləcək.
"Bu yaxınlarda bizim analizlərimizdən məlum oldu ki, müəssisələr, ticarətlə məşğul olan şirkətlər və kütləvi informasiya vasitələrinin paylaşımları şəxsi paylaşımları lentdən sıxışdırıb çıxardır. Biz bu balansı qorumaq üçün addımlar atmışıq. Biz xidmətlərimiz sadəcə istifadəçinin şənlənməsi üçün deyil, həm də rahat və əlverişli istifadəsinə xidmət edir. Ona görə də biz bu tendensiya diqqətlə baxıb ali təhsil müəssisələrində aparıcı mütəxəssislərlə geniş araşdırmalar apardıq.
Biz ötən il bu istiqamətdə dəyişikliklər edilməsinə başlamışdıq. Bu ildən bu dəyişiklik daha çox özünü göstərəcək. Siz dostlarınızın, ailə üzvlərinizin və yaxınlarınızın paylaşımlarını xəbər lentində daha çox görmək imkanı əldə edəcəksiniz.
RePost.Az