Bəstəkar Çingiz Əliyevin əməkdar artist Vasif Məhərrəmlini "Çimnaz xanım" mahnısını icazəsiz ifa etdiyi üçün məhkəməyə verdiyi haqda məlumat vermişdik.
RePost.Az Milli.Az-a istinadən xəbər verir ki, ötən gün ATV telekanalında "Bizimləsən" verilişində şok faktın üstü açılıb. Verilişdə əyləşən xalq artisti Zeynəb Xanlarova 1996-cı ildə yazıldığı deyilən sözügedən mahnını 1992-ci il və ondan da qabaqlar toylarda ifa etdiyini bildirib.
Vaxtı ilə Elnarə Abdullayeva və hal-hazırda Gülyanaq Məmmədova ilə çalışan tarzən Mehman Hacıbəylinin studiyaya gəlişi bütün fikirləri alt-üst edib.
Mehman Hacıbəyli Çingiz Əliyevin "mənim mahnımdır" dediyi "Çimnaz xanım" mahnısının bəstəkarının əslində Cabbar Qaryağdıoğlu olduğunu sübut edib.
Verilişdən həmin kadrları təqdim edirik:
RePost.Az