2018-ci ilin yanvar ayında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 6 mlrd. 49,5 mln. manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2% çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib.
RePost.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 3,9% artıb, neft sektorunda isə 0,5% azalıb.
Əlavə dəyərin 48,4%-i sənayedə, 9,6%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,5%-i nəqliyyat və anbar təsərrüfatı, 6,0%-i tikinti, 2,7%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5%-i informasiya və rabitə, 15,8%-i isə digər sahələrdə istehsal edilib. Məhsula və idxala xalis vergilər ÜDM-in 7%-ini təşkil edib.
Azərbaycan hökuməti 2018-ci ildə ÜDM-in artım səviyyəsini 1,5% proqnozlaşdırır.
Xatırladaq ki, 2017-ci ildə Azərbaycanda ÜDM-in artımı 0,1% təşkil edib.
RePost.Az