Azərbaycanlı aktrisa və müğənni Fatimə Abbasquliyeva "Rossiya 1” telekanalında illər əvvəl məşhur teatr rejissoru və pedaqoq Mark Rozovski tərəfindən zorlandığını bildirib.
 
RePost.Az-ın məlumatına görə, Malaxovun proqramına qonaq olan Fatimə Rusiya Teatr Akademiyasına daxil olan Fatimə üçüncü kursda Mark Rozovskidən dərs almağa başlayıb.
 
Aktrisanın dediyinə görə, Mark ona teatrdan kənarda görüşməyi təklif edib və həmin gün onu zorlayıb. Abbasquliyeva daha sonra rejissorun seks oyuncağına çevrilməmək üçün teatrdan ayrılır. Həm də Markın həyat yoldaşı ilə eyni müəssisədə çalışmaq onun üçün çətin olub.
 
12 ildən sonra özündə güc tapan Fatiməninin etirafı verilişdə müzakirələrə səbəb olub.
 
Qeyd edək ki, Fatimə Azərbaycanda doğulub. Onun anası skripkaçı, atası isə yazıçıdır. O, on beş yaşında "Miss Azerbaijan” layihəsinin qalibi olub. Müxtəlif nominasiyalar üzrə mükafatlar qazanan Fatimə müğənnilik etməyə başlayıb. Daha sonra o,  Moskvaya köçüb.
 
RePost.Az


Baxış sayı: 5252 | Tarix: 28.02.2018
Bizi Telegramda izləyin: @repostaz