Xəbər verdiyimiz kimi ötən həftə Sabunçu rayon, Pirşağı qəsəbəsindəki “Məşəl” düşərgəsinin ərazisində güclü yanğın zamanı mərhum jurnalist Zabil Müqaliboğlunun bacısının yaşadığı ev yanıb kül olub. Xoşbəxtlikdən yanğın jurnalistin bacısı Sevinc Fərhadovanın evdə olmadığı vaxt baş verib.
 
Evin 25-30 min manatlıq dəyərli əşyalarla birlikdə yanıb kül olduğunu deyən Sevinc xanım “Dövlətqaçqınkom”dan kömək istəyir.
Qeyd edək ki, O, əslən Zəngilandan olan məcburi köçkündür.
 
RePost.Az xəbər verir ki, mərhum jurnalistin bacısı Modern.az saytına açıqlamasında bildirib ki, baş verən hadisəyə görə hazırda evsizdir və o, faktiki olaraq küçədə qalıb:
 
“Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovdan yardım istəyirəm. Mən dövlətimizə güvənirəm və “Dövlətqaçqınkom”un məni evlə təmin etməsini gözləyirəm”.
 
Qeyd edək ki, Sevinc Fərhadova 2017-ci il fevralın 27-də vəfat edən Z.Müqabiloğlunun bacısıdır. S.Fərhadova valideynləri və qardaşı dünyasını dəyişəndən sonra həmin evdə tək qalırdı.
 
RePost.Az

Baxış sayı: 6392 | Tarix: 28.03.2018
Bizi Telegramda izləyin: @repostaz