Güney Azərbaycan şəhərlərində yenidən güclü külək baş qaldırıb. Məlumata görə,  şiddətli külək Şərqi Azərbaycanda iki nəfərin ölümünə, bir çox şəhərlərdə isə divar və eyvanların yıxılması, ağacların aşması, elektrik enerjisinin kəsilməsi və s.kimi fəsadlara səbəb olub. 
 
RePost.Az Günaz Tv-yə istinadən xəbər verir ki, Azərbaycanın bir çox şəhərində baş verən güclü küləyin sürəti saatda 90-148 kilometrə çatıb.
 
Xosrovşah məntəqəsində yerləşən bir kənddə 71 yaşlı kişi quşçuluq fermasının binası üstündən yıxılaraq ölüb. Üsküdə isə 36 yaşlı fəhlə binanın bir hissəsinin yıxılması nəticəsində həlak olub.
 
Şərqi Azərbaycan Təcili Tibbi Yardım Mərkəzinin sözcüsü əyalətdə təbii fəlakət nəticəsində digər ölüm faktının qeydə alınmadığını, bu haqda yayılan xəbərlərin düzgün olmadığını diqqətə çatdırıb.  Şiddətli küləyin əsdiyi yerlərdə havanın çirkləndiyi və bir çox ağacın aşdığı da bildirilir. Ərdəbil şəhərinin əksər məntəqələrində elektrik enerjisi kəsilib, Urmu gölü ətrafında isə duz fırtınaları baş qaldırıb.
 
RePost.Az


Baxış sayı: 4568 | Tarix: 30.03.2018
Bizi Telegramda izləyin: @repostaz