İran rejimi Azərbaycan Cumhuriyyətinə qarşı din pərdəsi altında daha bir tədbir keçirməyi planlaşdırır. RePost.Az-ın Günaz TV-yə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə açıqlamasında Təşəyyo Beşiyi Müəssisəsinin İdarə Heyətinin rəisi İrəc Əhmədi Hesar məlumat verib. 
 
O bildirib ki, Azərbaycan Cumhuriyyəti şəriət məhbusları ilə həmrəylik nümayiş etdirmək məqsədi ilə aprelin 12-də məğrib namazından sonra Ərdəbilin “Mola Mömin” məscidində mərasim keçiriləcək, hər kəs mərasimə dəvətlidir. Dini müəssisənin rəisi mərasimdə axund Novruzinin çıxış edəcəyini, Məsud Yəhyəvinin şeir və Abdullah Dadaşinin Rövzə oxuyacağını deyib.
 
İrəc Əhmədi Hesar həmçinin Azərbaycanda şəriət məhbusu adlandırdığı şəxslərin siyahısını açıqlayıb, o təxminən 80 nəfərin adını sadalayıb. Rejimin əlaltısı adlarını sadaladığı şəxslər barədə geniş məlumat verməyib. Onların hansı səbəbdən həbs olunduğu və ya ümumiyyətlə həbsdə olub-olmadıqları bilinmir.
 
RePost.Az
 
 

Baxış sayı: 5290 | Tarix: 11.04.2018
Bizi Telegramda izləyin: @repostaz