Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov Ərdəbil əyalətinin valisi Əkbər Behnamcu ilə görüşüb.
 
RePost.Az-ın məlumatına görə,  görüşdə ikitərəfli iqtisadi əlaqələrin inkişaf etdirilməsi və iki ölkə arasında dəmir yollarının çəkilməsi ilə bağlı danışıqlar aparılıb.
 
Görüşdə Ərdəbil əyaləti rəhbəri bildirib ki, Azərbaycan Respublikası ilə əlaqələrin genişlənməsində maraqlıdırlar, iki ölkənin siyasi və diplomatik nümayəndələrinin görüşləri ölkələr arasında siyasi-iqtisadi və mədəni əlaqələrin möhkəmlənməsinə zəmin yaradır.
 
O qeyd edib ki, Ərdəbil əyaləti ilə Azərbaycan arasında dəmiryolu əlaqələrinin olmasını  təkidlə istəyirlər və bu, iki ölkənin ticarət, iqtisadi əlaqələri, ixracatın artması üçün önəmli addım olar: “Biləsuvar sərhəd-keçid məntəqəsinin 24 saat fəaliyyət göstərməsi nəticəsində ümid edirik ki, Ərdəbil əyaləti ilə Azərbaycanın əlaqələr daha da genişlənəcək”.
 
Səfir B.Hüseynov Azərbaycan və İran arasında əməkdaşlıq üçün geniş potensial olduğunu vurğulayıb.
 
RePost.Az

Baxış sayı: 5100 | Tarix: 28.05.2018
Bizi Telegramda izləyin: @repostaz