İyunun 1-də Bakıda və Abşeron yarımadasında  hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən RePost.Az-a bildirilib ki, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, axşam arabir güclənəcək.
 
Havanın temperaturunun Abşeron yarımadasında gecə 16-18, gündüz 24-29,  Bakıda gecə 16-18, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir. 
 
Atmosfer təzyiqi 753 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 40-50 faiz təşkil edəcək.  
 
Abşeron çimərliklərinə gəlincə, şimal çimərliklərdə (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) mülayim şimal-qərb küləyi əsəcək, axşam arabir güclənəcək. Dəniz suyunun temperaturu 18-19 dərəcə isti təşkil edəcək. Cənub çimərliklərdə isə (Türkan, Hövsan, Sahil, Şıx) mülayim şimal-qərb küləyi  əsəcək. Dəniz suyunun temperaturu 20-21 dərəcə isti təşkil edəcək.
 
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz şimal və qərb rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, gündüz bəzi  yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 12-17, gündüz 27-32, dağlarda gecə 7-10, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir. 
 
Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında axşam hava şəraitinin təzadlı dəyişməsi bəzi  meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. 
 
Lakin iyunun 1-i gündüz şimal və qərb rayonlarından başlayaraq iyunun 3-ü səhərədək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
 
Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.
 
Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.
 
Çaylarda sululuğun artacağı ehtimal olunur.
 
RePost.Az

Baxış sayı: 3390 | Tarix: 31.05.2018
Bizi Telegramda izləyin: @repostaz