Marketlərdə satılan sərinləşdirici içkilər Günəş altında saxlanılır və sonradan zərərli məhsula çevrilir.
 
RePost.Az-ın məlumatına görə, bunu jurnalitlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Adil Zeynalov deyib.
 
O qeyd edib ki, qabdakı məhsullar kimyəvi maddəni tərkibinə çəkir: “Biz özümüz bilərəkdən qablardan dəfələrlə istifadə edirik. Polietilen qablaşdırma materialları qlobal problemdir. Azərbaycan da bu qlobal problemdən yan keçə bilmir".
 
A.Zeynalov əlavə edib ki, bu qablardan istifadənin azaldılması istiqamətində təşəbbüslər və təkliflər var: "Polietilenin çürüyərək yox olması üçün torpaqda 800 il, dənizdə isə 400 il vaxt lazım gəlir".
 
RePost.Az

Baxış sayı: 3599 | Tarix: 08.06.2018
Bizi Telegramda izləyin: @repostaz