Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağında qurumun prezidenti postuna Akif Əlizadə seçilib.
RePost.Az xəbər verir ki, AMEA-nın vitse-prezidenti isə Nərgiz Paşayeva olub. İsa Həbibbəyli, Dilqəm Tağıyev, İbrahim Quliyev, Tofiq Nağıyev əvvəlki kimi vitse-prezident olaraq qalıb.
Bu günkü seçkilərdə Rəyasət Heyətinin tərkibinə isə 3 üzv əlavə olunub. Onlardan biri Nərgiz Paşayeva, İradə Hüseynova və Bilal Bilalovdur.
Qeyd edək ki, Nərgiz Paşayeva təhsil və beynəlxalq əlaqələr üzrə iş aparacaq. Bundan əlavə, Nərgiz Paşayeva AMEA Rəyasət Heyətinin üzvü olub.
RePost.Az