Tanınmış prodüser Təranə Səmədova cinayət məcəlləsinin 243.1 (Zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə, şantajla, əmlakı məhv etməklə və ya zədələməklə, yaxud aldatmaqla, gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə məhkəmə qarşısına çıxarılacaq.
 
RePost.Az ölkə.az-a istinadən xəbər verir ki, T. Səmədovanın məhkəmə prosesinin hazırlıq iclası iyul ayının 12-də Nərimanov Rayon Məhkəməsində hakim Rəşad Abdulovun sədrliyi ilə keçiriləcək.
 
Cinayət işi Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində başlanılıb və istintaq dövründə Təranə Səmədova barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
 
Qeyd edək ki, cinayət işində 2 nəfər- Tağıyeva Mətanət Tağı qızı və Kərimova Sona Əhəd qızı zərərçəkmiş qismində tanınıb.
 
Xatırladaq ki, zərərçəkmişlərdən olan Sona Kərimova barəsində ötən il səs-küylü məhkəmə prosesi keçirilib. Həmin işdə S.Kərimova cinayət məcəlləsinin oğurluq maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
 
Prodüser Təranə Səmədova məhkəmə faktını təsdiqləyib.
 
RePost.Az

Baxış sayı: 5062 | Tarix: 09.07.2018
Bizi Telegramda izləyin: @repostaz