Ötən gün Yarat Müasir İncəsənət Mərkəzində ADO teatrının "MimOda 18+" tamaşası nümayiş olunub. Tamaşadan fotoları isə fotoqraf İlkin Səlifov çəkib.
RePost.Az xəbər verir ki, çoxsaylı tamaşaçı diqqətini nəzərə alaraq adıçəkilən tamaşa bugün (10 iyul saat 20:00) ADO`nun məkanında təkrar nümayiş olunacaq.
Tamaşadakı rolları fransız aktrisa Elsa Furtado və azərbaycanlı aktyorlar Elmin Bədəlov, Sabir Vol Məmmədov canlandırır. Tamaşanın rejissoru isə İmam Həsənovdur.
İdeyası ADO`ya məxsus olan "MimOda 18+" tamaşasının premyerası 2015-ci ildə olub və tamaşa teatr mühitində birmənalı qarşılanmamışdır.
Qeyd edək ki, ölkəmizin ilk müstəqil teatrı olan ADO klassik teatr ənənələrindən uzaq, yeganə modern teatrdır.
RePost.Az