2014-cü ildə “xərçəng” xəstəliyindən dünyasını dəyişən mərhum aktrisa, əməkdar artist Xanım Qafarovanın qızı, 11 yaşlı Gövhər Türkiyədə filmə çəkiləcək.
 
RePost.Az xəbər verir ki, aktrisanın qızı Türkiyənin məşhur sənətçisi Mahsun Qırmızıgülün rejissoru olduğu “Mücize 2” filmində rol alacaq.
 
Filmin çəkilişlərinə sentyabrda start veriləcək.
 
Onun filmdə çəkilməsi “Palmali” Şirkətlər Qrupunun prezidenti, azərbaycanlı iş adamı Mübariz Mənsimovun xahişi ilə baş tutub. İş adamı Gövhərin filmə çəkilmək arzusundan xəbərdar olduqdan sonra bu addımı atıb.
 
Qeyd edək ki, “Mucize 1” filminin sujet xəttini 1960-cı ildə Mahir adlı bir müəllimin İzmirdən şərq rayonlarının birinə təyinat alması və burada üzləşdiyi hadisələr təşkil edir. Film fiziki məhdudiyyətli insanların həyata inteqrasiyasında yaranan çətinliklərdən bəhs edir. Məlumata görə, “Mucize 2” filmi birinci filmdəki hadisələrdən yeddi il sonra baş vermiş əhvalatla bağlı olacaq. Filmdə Əziz adlı fiziki məhdudiyyətli bir gəncin Mahir müəllim sayəsində dəyişən həyatı və bu istiqamətdə yaşanan digər hadisələrə işıq salınacaq.
 
RePost.Az


Baxış sayı: 4891 | Tarix: 30.07.2018
Bizi Telegramda izləyin: @repostaz