Tanınmış aktrisa Fidan Axundova yeni seriala çəkilir. Aktrisa bu haqda Milli.Az-a danışıb:
"ARB-də yayımlanacaq olan "Könül yarası" serialında baş rollardan birinə dəvət almışam. Nəhayət ki, tamaşaçılar məni 4 ildən sonra dram janrında görəcəklər. Serialın rejissoru Qulu Əsgərov, rəhbəri isə Rüstəm Əliyevdir. Serial tragik bir ailə-məişət dramıdır, sevgi hekəyəsindən bəhs edir. Ekran işində məndən başqa İbrahim Çingiz, Tural Baxış, Zarina Qurbanova və s. sənətçilər çəkilir" deyə aktrisa bildirib.
Qeyd edək ki, Fidan Axundova sonuncu dəfə dram janrında "Pərvanələrin rəqsi" serialında çəkilmişdi. Aktrisa son illər komediya serialı olan "Bacanaqlar"da rol alır.