"Bir video yayılıbsa, burda hansısa qanunsuzluğa yol verilibsə, hüququ pozulan şəxs bunu hüquq mühafizə orqanları qarşısında mübahisələndirməlidir".
Bunu RePost.Az-a hüquqşünas Xalid Ağəliyev müğənni Mahaf Ağayevin həmkarı Mətanət Əsədovanın vidosunu yayan şəxsi üzr istəməyə məcbur etməsi ilə bağlı açıqlamasını şərh edərkən deyib.
"Əgər fərdi olaraq kimsə ortaya girib, şəxsi haqq hesab çəkibsə, kimisə incidibsə, nəyəsə - istər üzr istəməyə, istər diz çökməyə, çəxsion iradəsindən kənar hər hansı hərəkəti etməyə vadar edibsə, həm də bunu ictimai şəkildə bəyan edibsə, artıq bu durumda işə hüquq mühafizə qurumları qaraşmalı, ona hüquqi qiymət verməlidir", - deyə hüquqşünas əlavə edib.
Xatırladaq ki, Manaf Ağayev Mətanətin videosunu ayayn şəxsi "razborka"ya çağırdığını, lakin anasının yalvarışlarına görə, onu bağışladığını bildirib. Qeyd edək ki, Manaf Ağayevin yalvarmağa məcbur etdiyi qadın şəhid anasıdır.
RePost.Az