Bu gün saat 10:00-dan 18:00-dək SOCAR-ın “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Qaraçuxur” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
RePost.az-ın “Azəriqaz” İstehsalat Birliyinə (İB) istinadən məlumatına görə, aparılan işlərin Bakının Suraxanı rayonunun Qaraçuxur, Günəşli və Hövsan, eləcə də Sabunçu rayonunun Bakıxanov qəsəbələrinin bir hissəsinin təbii qaz təchizatına təsir göstərməsi mümkündür.
RePost.az