ATV-də yayımlanan “Bizimləsən” verilişində əri tərəfindən saçları qırxılan gənc qadının həyatı yenidən müzakirə mövzusuna çevrilib. 
 
RePost.Az-ın məlumatına görə, telefonla proqrama qoşulan və gəlinini döyməkdə ittiham edilən qayınana Afət xanım gəlininin onun oğluna evli olduqları müddətdə xəyanət etdiyini deyib.
 
Afət xanım bildirib ki, gəlin onun öz qohumudur, oğlu gəlinin xəyanətini görəndən sonra ailəsinə bildirib. Ailə isə gəlini öldürməyi təklif edib.
 
“Bütün şəkilləri, videoları onlara yolladım. Anası deyirdi ki, öldür qızı.  Görüntüləri sosial şəbəkələrə mən verməmişəm. Görünülüəri biz yaymamışıq”.
 
RePost.Az
 


Baxış sayı: 3827 | Tarix: 05.12.2018
Bizi Telegramda izləyin: @repostaz