Türkiyənin baş naziri Binəli Yıldırım ölkəsinin milli vayutası olan lirənin dollar qarşısında gündən-günə dəyər itirməsinə münasibət bildirib.
RePost.Az xəbər verir ki, baş nazir Yıldırım ABŞ-ın yeni prezidenti Donald Trampın vəzifəsinə başlayandan sonra dolların ucuzlaşacağını bəyan edib.
“Bunu bilmək lazımdır ki, bu bahalaşma hər halda 1 ay və ya ay yarım davam edəcək. Nə vaxta qədər? 20 yanvaradək. Yeni seçilən prezident Donald Tramp iş başına gələndən sonra hər şey qaydasına düşəcək və daşar yerinə oturacaq”, - Yıldım deyib.
Baş nazir sözlərinə onu əlavə edib ki, 2017-ci il Türkiyə üçün daha gözəl il olacaq.
“Lazım olan bütün tədbirləri görürük. Bunu sadəcə sizi rahatlatmaq üçün demirəm, buna adım kimi əmin olduğum üçün deyirəm”, - Binəli Yıldırım qeyd edib.
Qeyd edək ki, son günlər Türkiyə milli valyutası dollar qarşısında sürətlə dəyər itirir. Bir neçə gün əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əhaliyə çağırış edib ki, dollar imtina edilsin, milli valyutaya üstünlük verilsin.
İlyas Mustafa