Müğənni Elnarə 6 uşaqla çətin durumda yaşayan qadının evinə baş çəkib.
 
RePost.Az Baku.ws-ə istinadən xəbər verir ki, müğənni bu barədə öz Instagram hesabında video paylaşıb.
 
Elnarə deyir ki, 6 uşaq anası əri tərəfindən 1 il öncə tərk edilib. "18 illik həyat yoldaşını qoyub qaçıb. Geriyə qalan 6 körpə uşaq oldu. Xahiş edirəm heç vaxt heç kimi qınamayaq. Qınağımız başımıza gəlməyənə qədər Allah canımız almaz. Bizim ürəyimiz istədi gəldik və bu ailəni tapdıq. Öz gözlərimizlə onların yaşadığı şəraitsiz daxmanı gördük. Ürəyi istəyən əlbəttəki gəlib bu ailəyə baş çəkə bilər. Çox istəyirəm ki, "Asan Xidmət" bu uşaqlara sənəd verilməyində yardım etsin. Uşaqların sənədi olsun ki, məktəbə gedə bilsinlər".
 
RePost.Az
 

Baxış sayı: 3789 | Tarix: 16.01.2017
Bizi Telegramda izləyin: @repostaz