Bir neçə gün öncə mükafatlandırma gecəsinin birində aparıcı Sərxan Kərəmoğlu ilə səhnədə dodaq-dodağa öpüşdükləri görüntüsü səs-küyə səbəb olan Niyam Salami "Ulduzlu yayım" verilişinin qonağı olub.
 
RePost.Az Milli.Az-a istinadən xəbər verir ki, məşhur müğənni verilişdə bu zamana kimi heç kimin bilmədiyi bir xasiyyətindən danışıb.
 
Niyam bir gün milyonçu olsa belə heç kimə qırılmış gül verməyəcəyini deyib. Müğənni səbəbini belə izah edib:
 
"Heç kimə qırılmış gül vermirəm. Öldür məni, milyoner də olsam, kiminsə anadan olduğu gün min bir dənə gül vermərəm. O gülün biri qırılanda onda bədənim əsir də. Yəni, gülü ancaq dibçəkdə sevirəm. Kiməsə də verəndə dibçəkdə verirəm ki, su versin, evində qalsın. Yəni, mən gedim min manat, 500 manat verib qırılmış gül alım, götürüb tullasın sonra..." 
 
RePost.Az

Baxış sayı: 4815 | Tarix: 20.05.2019
Bizi Telegramda izləyin: @repostaz