Əvvəlcədən məlumat verildiyi kimi, yaxın günlərdə dayanma, durma və parklanma qaydalarını pozan nəqliyyat vasitələrinin nəzərdə tutulmuş hallarda və qaydada müvəqqəti duracağa daşınması – təxliyə xidmətinə başlanılacaq.
 
Bakı Nəqliyyat Agentliyi sürücülərin məlumatlandırılması məqsədi ilə ilkin olaraq təxliyə işlərinin həyata keçiriləcəyi ünvanları elan edib.
 
Agentlikdən RePost.Az-a verilən məlumata görə, bu ünvanlar vətəndaşlar müraciətləri və aparılan müvafiq təhlillər nəticəsində müəyyən edilib. Bunlar daha çox şikayət olunan, qanunsuz parklanma səbəbindən günün pik və qeyri-pik saatlarında nəqliyyat sıxlığı müşahidə edilən ərazilərdir.
 
Bakı şəhərinin inzibati ərazisində qanunsuz parklanmalar səbəbindən tıxac və sıxlıq yaranan ərazilər.
 
RePost.Az

Baxış sayı: 3732 | Tarix: 28.06.2019
Bizi Telegramda izləyin: @repostaz