Azərbaycan Dövlət Neft Fondu, Milanda sahib olduğu Palazzo Turati ofis kompleksini satmaq üzrədir.
RePost.Az gulustan.info-ya istinadən xəbər verir ki, əmlakın satış qiyməti 126 milyon dollar təşkil edir.
Qeyd edək ki, Palazzo Turati Milan şəhərinin qədim tarixi yerlərindən birində, yerləşir. Bina qraf Turatinin sifarişi ilə 1876-cı ildə inşa olunub.
Dövlət Neft Fondu bu satışı Bloomberga şərh etməyib.
Qeyd edək ki, Neft fondu Palazzo Turatini 2016 — cı ildə 96 milyon avroya satın almışdı.
RePost.Az