2020-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 484 milyon manat məbləğində proqnozlaşdırılır.
RePost.Az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1 316 milyon manat və yaxud 5,7% çoxdur.
Gələn il büdcə xərcləri isə 25 617,7 milyon manat məbləğində nəzərdə tutulub. Bu isə 2019-cu ilin təsdiq edilmiş göstəricisinə nisbətən 427,7 milyon manat və yaxud 1,7% çoxdur.
Beləliklə, büdcə kəsri 1 133,7 milyon manat məbləğində gözlənilir ki, bu da 888,3 milyon manat və yaxud 43,9% azdır.
2020-ci ildə Azərbaycanın dövlət və icmal büdcəsində neftin 1 barrelinin qiyməti 55 ABŞ dolları nəzərdə tutulub.
Məlumata görə, bu, neftin 2019-cu ildəki büdcə qiyməti ilə müqayisədə 5 dollar azdır.
RePost.Az