Xalq artisti, əfsanəvi sənətkar Flora Kərimova müğənni Cavanşir Babəlioğlu ilə duet ifa edib.
"Tale" adlı mahnını lentə alan müğənni canlı əfsanə ilə duet oxuduğu üçün özünü xoşbəxt hiss etdiyini deyib:
"Hər saniyəsi tarix olan sənətin özü ilə duet oxumaq şərəfinə nail olduğum üçün şükr edirəm. Azərbaycan musiqisi tarixinə adını böyük hərflərlə yazdıran, bütün janrlarda ifa etmək bacarığı, ifa tərzi ilə seçilən 4 ottava səs sahibəsi, hər mahnısında ayrıca bir obraz yaradan əsrarəngiz müğənni, dünyada Whitney Houston, Alla Pugachova, Sezen Aksu, Ajda Pekkanla müqayisə oluna biləcək nəhəng ifaçı, Azərbaycan estradasının əsl Primadonnası, Karalevası, Super Starıı, Meqa Starı, ən seviləni, ən hörmətlisi, xalq artisti və xalqın artisti Flora Kərimova ilə eyni dövrdə yaşamaq, onu yaxından tanımaq, onunla dost, həmsöhbət olmaq və nəhayət onun kimi böyük və əsl artistlə duet oxumaq mənim üçün fəxrdir.
Allah ona sağlam canla uzun ömür yaşamağı nəsib etsin. Sözün həqiqi mənasında yaşamağa layiq hörmətli və gözəl insandı. Ruhu daima bu dünyada səsində yaşayacaq olan bəxtəvər müğənnidir. 80 yaşında da təravəti, sadəliyi, gözəlliyi, duruşu, qaməti, danışığı, davranışı, ovsunlayan səsi və gözəl səs rəngi ilə əsl ulduzluğunu və hələ də səhnəyə yaraşdığını isbatlayır.
Tale bizi rastlaşdırdı, dost etdi, bizi bir araya gətirib, bizə "Tale" oxutdurdu. Demək ki, qismətdə varmış, belə yazılıbmış. 10 ildən sonra nəhayət ki, duetimiz hazırdı. Yaxında klipini çəkib təqdim edəcəyik".
"Tale" mahnısının sözləri və musiqisi Cavanşir Babəlioğlunun özünə, aranjimanı bəstəkar-müğənni Elvin Musayevə,
səs rejissorluğu bəstəkar Hatəm Nəbioğluna məxsusdur.