Bakıda məşhur "BİR-İKİ” dönərxanada baş vermiş zəhərlənmə ilə əlaqədar araşdırmalara başlanılıb.
 
RePost.Az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib. 
 
Məlumatda bildirilir ki, agentliyin 1003 Çağrı Mərkəzinə daxil olmuş məlumat əsasında adıçəkilən ictimai iaşə müəssisəsində Agentlik əməkdaşları tərəfindən araşdırmalara başlanılıb:
 
"Hazırda araşdırma davam etdirilir, ictimai iaşə müəssisəsində istifadə olunan qida məhsullarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim olunub.
 
Araşdırmanın nəticələrinə uyğun olaraq qanunvericilik çərçivəsində müvafiq tədbirlərlər görüləcək”.
 
Qeyd edək ki, sosial şəbəkədə tez-tez "BİR-İKİ” dönərxanada zəhərlənmələrlə bağlı məlumat yayılırdı. Bunun səbəbi köhnə ət və tərəvəzlərdən hazırlana dönər olub. 

Baxış sayı: 3219 | Tarix: 19.09.2019
Bizi Telegramda izləyin: @repostaz