Zəncan əyalətinin  ümimilikdə 150 mindən çox əhalisi olan 274 kəndinin sel təhlükəsi ilə üzləşib.

RePost.Az-ın Günaz.Tv-yə istinadən məlumatına görə, bu barədə Zəncan əyalətinin Böhranların İdarə Edilməsi İdarəsinin rəhbəri Tövhid Səlimi deyib.

O qeyd edib ki, su hövzələri ətrafında olan bölgələrdə sel riski yüksək olduğundan, aidiyyatı qurumlar möhkəmləndirmə işləri və qabaqlayıcı tədbirlərə başlamalıdırlar. Əks təqdirdə, mümkün sel təhlükəsi əhaliyə böyük zərər verə və hətta ölüm halları ilə nəticələnə bilər.

Tövhid Səlimi iqlim dəyişiklikləri səbəbindən ölkədə yağıntının miqdarının artdığını, buna görə də çaylarda suyun miqdarının çoxaldığını deyib.

Əyalət rəsmisi İranın iqlim şəraitinə əsasən, hazırda ölkə əhalisinin 69%-nin sel, ondan 18%-nin isə kəskin sel təhlükəsilə üz-üzə olduğunu deyib.

 


Baxış sayı: 4644 | Tarix: 05.10.2019
Bizi Telegramda izləyin: @repostaz