Məcburən ərə verildiyi üçün evdən qaçan 17 yaşlı Əslanə üzə çıxıb. O, bu müddətdə rəfiqəsinin evində olub, hazırda isə Xırdalanda yaşayan bibisinin yanındadır.
 
BAKU.WS xəbər verir ki, yeniyetmə qız evdən qaçmasını belə əsaslandırıb:
 
"Mən kollecdə oxuyurdum. Şənbə-bazar evə gedəndə gördüm ki, mənim "həri"mi verirlər. Məni məcburən özümdən 14-15 yaş böyük oğlana ərə verirlər. Tumendə yaşayır, özünün də ailəsi-uşağı var. Adam imkanlı olduğu üçün anam bütün bunlara gözünü yumub. Axı bu nə qədər düzgündür? Hansı ana öz övladına bunu edər? 
 
Mən oxumaq istəyirəm, hələ 17 yaşım var. Məni döyə-döyə məcburən ərə verirdilər. Atam dünyasını dəyişəndən sonra anam məni ərə vermək istədi. Atam sağ olsaydı, belə olmazdı".
Əslanə anasının onu evli kişi ilə tutmasına belə aydınlıq gətirib:
 
"Əskərlə 4 ay bundan əvvəl münasibəti kəsmişəm. Ailəli olduğunu biləndən sonra əlaqəni kəsdim. Hər bir insanın həyatında səhv olur, bu da mənim səhvim idi". 
 
Xatırladaq ki, Şirvan rayonundan olan kollec tələbəsi anası ilə birlikdə Bakıda kirayə tutduqları evdə yaşayıblar. Əslanə gələcək qayınanasının Şirvandakı evindən qaçıb. Qızını qaytarmaq məqsədilə "BizimləSən" proqramına gələn ana deyib ki, qızı 16 yaşında olanda evli kişi ilə sevgili olub:
 
"Əslanə mənə onu sevdiyini deyirdi. Həmin adam da mənə Əslanəni sevdiyini, onunla evlənəcəyinə söz vermişdi. Bakıda tutduğum evdə qızımı o kişi ilə tutmuşam. İki günlük rayona getmişdim, qayıdanda onları evdə bir yerdə tutdum. Qızım həmin gün qayıdacağımı bilmirdi. Ümumiyyətlə, mən işə gedirdim, səhər çıxıb axşam qayıdırdım".  
 
Ana bu gördüklərindən sonra ailə Əslanəni ərə verməyi planlaşdırıblar. Onu özündən 14 yaş böyük - atasının Rusiyada yaşayan xalası nəvəsinə nişanlamaq istəyiblər. Ailələr nişan mərasiminə hazırlaşdığı vaxtda evdən qaçıb.


Baxış sayı: 3675 | Tarix: 30.10.2019
Bizi Telegramda izləyin: @repostaz