Tanınmış aktrisa Pərvin Abıyeva sevgili olduğu deyilən Murad Abdullayev haqda danışıb.
 
RePost.Az xəbər verir ki, Pərvin “azxeber.com”a açıqlamasında Muradla münasibətindən danışıb.
 
O deyib ki, Murad onunla sevgili olduğu üçün işdən çıxarılmayıb:"Neçə gündür gözləyirəm ki, ara sakitləşsin, söhbət bir az soyusun.
 
Amma görürəm mən danışmasam olmur. Əvvəla Murad mənimlə sevgili olduğu üçün işdən cıxarılmayıb.
 
Dəbdəbəli ad günü keçirdiyi üçün işdən çıxarılıb.Pərvin deyib ki, həmin məclisdə xeyli adam iştirak edib:"50 nəfərlik məclis idi və həmin məclisdə hər sahədən insanlar var idi. Polisindən tutmuş, modelinə kimi orada idi.
 
Tanınmış simalar da çox idi.Normal olaraq insanlar doğum günü məclisinə yığışıb və özəl günü öz səhifələrində paylaşırlar.
 
Mən isə heç bir şey paylaşmamışdım.Burada nə məni, nə də səhifəsində paylaşan insanları günahlandırmaq olmaz.
 
Hər kəsin əqli şüuru var. Kiminsə də belə bir şey olacağı aglına gəlməzdi.Qismət belə imiş oldu da.
 
Nə ailə dağıtmışam,  nə də körpə uşağı atasız qoymuşam!”.Pərvin bildirib ki, bu məsələdə günahsızdır:"Kaş belə olmazdı, amma oldu.
 
Mən özümdə zərrə qədər günah görmürəm. Hər qoyun öz ayağından asılır. Onu da deyim ki, sevgiyə görə nəinki işdən çıxmağa, ölməyə də dəyər (gülür)”.
 
 

Baxış sayı: 7095 | Tarix: 02.12.2019
Bizi Telegramda izləyin: @repostaz