"Azərbaycan Dəmir Yolları" QSC sərnişinlərin müraciətlərini nəzərə alaraq, Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarların qrafikində dəyişiklik edib.
 
QSC-dən RePost.Az-a verilən məlumata görə, məqsəd karantin müddətində qatarların hərəkət cədvəlinin fəaliyyəti zəruri olan müəssisələrin əməkdaşlarının iş saatı ilə uyğunlaşdırılması və vətəndaşların gediş-gəlişinin daha səmərəli təşkilidir. Bu dəyişiklik aprelin 7-dən karantin müddəti bitənədək qüvvədə olacaq.

Baxış sayı: 3751 | Tarix: 06.04.2020
Bizi Telegramda izləyin: @repostaz