TƏBİB Azərbaycanda koronavirusla bağlı aprelin 17-nə olan statistik göstəriciləri açıqlayıb.
 
RePost.Az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 5 858 test edildiyi bildirilib.
 
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 86 607 test aparılıb.
 
Xatırladaq ki, bu gün Azərbaycanda koronavirusa 57 yeni yoluxma faktı qeydə alınıb. Ölkədə ümumilikdə koronavirusa 1 340 yoluxma aşkarlanıb. Onlardan 528-i sağalıb, 15-ü ölüb. Hazırda aktiv xəstələrin sayı 797-dir.

Baxış sayı: 2383 | Tarix: 17.04.2020
Bizi Telegramda izləyin: @repostaz