"İlkin hesablamalara görə, gündəlik olaraq ən yüngül müalicə alan xəstəyə 80, ən ağır formada müalicə alan xəstəyə isə 150 manat pul xərcələnir".

RePost.Az xəbər verir ki, bunu Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.

O əlavə edib ki, bu rəqəm dəyişən rəqəmdir: "Bu yalnız marta dayanmış rəqəmlərdir. Hazırda aprelin rəqəmləri hesablanır. Bu pula xəstənin yemək xərcləri, istifadə olunan dərmanlar, geyim, maska və eyni zamanda həkimlərə verilən əmək haqları və onlara verilən xüsusi kombinezonlar daxildir".


Baxış sayı: 2383 | Tarix: 06.05.2020
Bizi Telegramda izləyin: @repostaz