Bu gün koronavirusa yoluxanların böyük əksəriyyəti Bakının Nəsimi rayonunun payına düşür.
 
RePost.Az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.
 
O bildirib ki, ikinci yerdə Bakının yasamal rayonu gəlir. Ramin Bayramlı insanları ictimai yerlərdə məsuliyyətli olmağa, qruyucu vasitələrdən istifadə etməyə çağırıb. O qeyd edib ki, bayram günləri və həftə sonları Azərbaycanda Türkiyə təcrübəsindən istifadə edilə, məhdiduyyətlərin tətbiqi üçün Operativ Qərargaha müraciət edilə bilər. "Bu təbii ki, vətəndaşların məsuliyyətindən asılı olacaq"

Baxış sayı: 2782 | Tarix: 09.05.2020
Bizi Telegramda izləyin: @repostaz