Ölkəmizdə xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin bir qisminin mayın 18-dən etibarən yumşaldılması ilə əlaqədar sərnişinlərin sayının artması müşahidə olunur. 

RePost.Az xəbər verir ki, Nazirlər Kabineti Yanında Operativ Qərargahın qərarına əsasən, Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlara tələbatı nəzərə alaraq, mayın 20-dən  xəttə əlavə qatar  buraxılıb. Bununla əlaqədar Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində  dəyişiklik edilib.

Qatarların yeni hərəkət qrafiki ilə ətraflı aşağıdakı cədvəldə tanış ola bilərsiniz.


Baxış sayı: 2364 | Tarix: 20.05.2020
Bizi Telegramda izləyin: @repostaz