Azərbaycanda jurnalist Anar Cəfərsoy koronavirusa yoluxub.
 
RePost.Az xəbər verir ki, bu barədə Anar Cəfərsoy özü “Facebook” səhifəsində yazıb.
 
O bildirib ki, testin cavabı müsbət olub:
 
“Allah koronavirusu məhv etsin. Allahın köməyilə koronavirusla mübarizə davam edir. Uca Rəbbim ağır durumda olan anama şəfa versin. Özüm də koronavirusa yoluxmuşam. İki həftədir, güclü öskürək, temperatur hücuma keçib. İlk testin cavabı neqativ, ikincisi isə pozitiv oldu.
 
Hazırda müalicə olunuram. Allaha güvənirəm, qorxulu nəsə yoxdur. Canınızın qədrini bilin, özünüzü qoruyun, koronavirusla zarafat etməyin”, - deyə jurnalist yazıb.
 
Xatırladaq ki, ATV-nin iki əməkdaşı da koronavirusa yoluxub.

Baxış sayı: 556