Tərtər rayonunun icra başçısı Müstəqim Məmmədov 96 saylı Tərtər Peşə Liseyinin pəncərələrini hördürüb.  

RePost.Az Yenisabah.az-a istinadən xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb.  
 
Məlumatda deyilir ki, liseyin binası icra başçısının evinin yaxınlığında yerləşir.  
 
“Müstəqim Məmmədov pəncərələri hördürüb ki, evi görsənməsin”, - məlumatda qeyd olunub. 
 
Bildirilir ki, liseydə hazırda Kəlbəcərdən olan məcburi köçkünlər məskunlaşıb.  
 
Xəbərdə o da vurğulanır ki, Müstəqim Məmmədovun yaşadığı ev dövlət əmlakı olub.  
 
İcra başçısı onun özəlləşdirərək özünə ev edib. 


Baxış sayı: 2630 | Tarix: 22.05.2020
Bizi Telegramda izləyin: @repostaz