Nazirlər Kabineti yanında Operativ Qərargah 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkətini, əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsini qadağan edib.
 
RePost.Az-ın verdiyi xəbərə görə, fəaliyyətinə qadağa qoyulan sahələr arasında ərzaq mağazaları və apteklər də var. 
 
Belə ki, fəaliyyətinə icazə verilən sahələr sırasında bu iki faəliyyət növünün adı qeyd olunmayıb. Xəstəxanalar, təcili tibbi yardım müəssisələrinin fəaliyyətinə icazə verilir. Tibbi yardıma ehtiyacı olan sakinlər 103 xidmətindən istifadə edə bilərlər.

Baxış sayı: 376