Azərbaycanda yeni su anbarları yaradılacaq.
 
RePost.Az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”nda əksini tapıb.
 
Sənədə əsasən, lağ çayları sularının yığılması üçün relyefə uyğun yaradılması nəzərdə tutulan su anbarları aşağıdakılardır:
 
1. Əlicançay su anbarı
 
2. Qudiyalçay su anbarı
 
3. Vəlvələçay su anbarı
 
4. Qaraçay su anbarı
 
5. Qusarçay su anbarı
 
6. Ağsuçay su anbarı
 
7. Türyançay su anbarı
 
8. Yengicə su anbarı
 
9. Viləşçay su anbarı
 
10. Zəyəmçay su anbarı.
 
“Azmelsutəsərrüfat” ASC, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi 2020-2021-ci illərdə ölkədə su ehtiyatlarının artırılması və bu istiqamətdə dağ çayları sularının yığılması üçün relyefə uyğun su anbarlarının yaradılması məqsədilə texniki-iqtisadi əsaslandırmanın hazırlanması və layihələndirmənin həyata keçirilməsini təmin etməlidir.
 

Baxış sayı: 2193 | Tarix: 27.07.2020
Bizi Telegramda izləyin: @repostaz